Azərbaycanda yeni maşınlar bahalaşıb

“Azərbaycanda dolların məzənnəsinin bahalaşması, eyni zamanda avtomobillərin qiymətlərinin artmasına və gələcəkdə tələbatın azalmasına gətirib çıxara bilər”. Bunu Trend-ə Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanlı deyib. Onun sözlərinə görə, devalvasiya ölkənin avtomobil bazarına iki formada təsir edəcək: “Yeni idxal edilən avtomobillərin, eləcə də təkrar bazarda istifadədə olmuş avtomobillərin qiymətləri məsələləri aktuallaşacaq. Yeni avtomobillər üzrə artıq müəyyən siqnallar var və bu gündən onların modelindən, növündən və s. asılı olmayaraq, qiymət artımı qeydə alınır. Bu, təbii prosesdir, çünki həmin avtomobillər Azərbaycana xaricdən idxal edilir, dolların kəskin bahalaşması idxal edilmiş mallar üçün təsirsiz ötüşə bilməz”.
Təkrar bazarda avtomobillərin alqı-satqısı ilə bağlı vəziyyətə gəlincə, R.Osmanlı bildirib ki, bu, daha gərgin olacaq: “Ola bilsin ki, ilkin mərhələdə satıcılar köhnə avtomobilləri və yerli istehsallı avtomobillərin dollarla ifadədə qiymətini artırmağa çalışsın, lakin sonra qiymətlər kəskin düşəcək”.
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ










