Azərbaycandan olan biznesmenin avtoparkından görün nələr çıxdı - VİDEO

Əslən Azərbaycandan olan oliqarx Roman Manaşirovun ailəsinə məxsus kotecdə axtarış zamanı elit maşınların avtoparkı aşkar olunub. Avtosfer.az-ın məlumatına görə, modern.az Rusiya mediasına istinadən bildirir ki, avtomobillər bunlardır: İki “Rolls-Royce”, “Maybach”, “Bentley”, “İnfinti GX80”, 3 “Toyota Land Cruiser” və bir neçə “Mercedes-Benz”. Avtomobillərin ümumi dəyərinin 100 milyon rubldan çox olduğu bildirilir. Hazırda hüquq-mühafizə orqanları Roman Manaşirovun mülkiyyətinin müsadirəsi məsələsini həll edirlər. Axtarış zamanı bir neçə dəyərli rəsm əsəri də aşkarlanıb.
Roman Manaşirov həbs edilən dostu Januko Rafailov və onun qardaşı Dona ilə bağlı cinayət təqibinin dayandırılması üçün müstəntiqlərə iki milyon rüşvət verəndə yaxalanıb. Qardaşları cinayətkar qruplaşma yaratmaq və qanunsuz miqrasiyaya görə ittiham edilirlər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR














