Azərbaycanlı usta fransız mühəndisin “səhvini” belə tutdu - FOTO

Gündəlik olaraq manatlıq taksilərdən istifadə etdiyim üçün müxtəlif markalı avtomobillərə minməli oluram. Yol ötən avtomobillərin və manatlıq taksilərin sürücüləri də çox vaxt maraqlı personalar olur.
Bu günlərdə rast gəldiyim sürücülərdən biri maşının son həftələrdə yaxşı yerimədiyinindən şikayət edirdi. Bakı dairəvi yolunda şəhər istiqamətinə yoxuşu qalxarkən Renault Megane obrazlı desək, can çəkirdi.
Sürücü şikayət etdikdə təsadüfən gözüm cihazlar lövhəsindəki “PANNE D'INJECTEUR” yazısına sataşdı. Sürücüyə bildirdim ki, problem məlumdur, forsunkada nasazlıq var. Diaqnostikaya ehtiyac yoxdur, forsunkalar dəyişdirilməlidir.
Sürücünün cavabı isə məni bir fransız dili mütəxəssisi olaraq şoka saldı: “ustaya göstərdim dedi ki, dizeldə injektor olmur. Ekrandakı yazı zavodskoy defektdir” (üslub saxlanılıb - müəl.). Artıq nəyisə izah etmək mənasız olduğundan heç nə demədim.
Bu məsələ bir daha göstərir ki, 21-ci əsrdə peşəkar usta olmaq nəzəri biliklə yanaşı müəyyən xarici dil biliyi də şərtdir. Sovet vaxtı bir avtomobil 30 il istehsal olunduğundan kiminsə əlinə baxıb öyrənmək mümkün idi. İndi isə bu cür “ustalıq” qəbul edilmir.
Fransız dilindəki “injecteur” termini Azərbaycan dilinə həm “injektor” (sistem olaraq), həm də “forsunka” kimi tərcümə edilə bilər.
Məsələnin ikinci tərəfi də var. Həmin avtomobil Fransa istismar olunub və yerli bazar üçün nəzərdə tutulub. Buna görə də sistem fransız dilindədir. İxrac üçün nəzərdə tutulan modellərdə interfeysin dilini ingilis, alman və rus dillərinə çevirmək mümkündür. Bu da bir daha bir bazar üçün nəzərdə tutulmuş modelin başqa bazarda istismarı zamanı ortaya çıxan çətinlikləri göstərir.
Vüqar
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












