Azərbaycanlının 200 min dollarlıq maşını sərhəddə saxlanıldı

Ukrayna ərazisində haradan peyda olduğu məlum olmayan, 48 yaşlı azərbaycanlıya məxsus, qiyməti 200 min dollardan yuxarı olan eksklüziv komplektasiyalı “Land Rover Discovery V6” Krımla sərhəddə saxlanılıb. Virtualaz.org saytına istinadən xəbər verir ki, atomobilin sükanı arxasında 48 yaşlı Azərbaycan vətəndaşı olub. Onun Almaniyadan Ukrayna ərazisinə gəldiyi, oradan isə Krımdan keçməklə Azərbaycana yola düşməyi planlaşdırırdı. “Cip”in Almaniyada verilmiş texniki pasportu qaydasında olub. Lakin Ukrayna Dövlət Gömrük Xidmətinin məlumat bazasında maşının ölkə sərhədlərini leqal yolla keçdiyinə dair heç bir məlumata rast gəlinməyib. Bu baxımdan ehtimal edilir ki, “cip” ölkəyə qaçaqmalçılıq yolu ilə daxil olub. Avtomobilin sahibi Ukraynaya hansı yolla daxil olduğunu əsaslandıra bilməyib və onun avtomobilini müsadirə ediblər. Üstəlik Ukraynanın Gömrük Kodeksinə görə, onu 1 milyon 250 min qriven (təxminən 240 min dollar) cərimə də gözləyir. Xerson gömrüyünün rəisi Vitali Bulyok bildirib ki, o, vilayətin sərhədlərində indiyədək saxlanılan ən bahalı avtomobildir. Avtomobilin qaçaq yolla ölkəyə necə gətirildiyi, bu işdə kimlərin olduğu araşdırılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












