«Azəryolservis» Hacıbala Abutalıbovu ifşa etdi

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC bir sıra oxucuların yolların payızda asfaltlanması və ya təmir edilməsi səbəbindən bağlanması və bunun da bəzi narahatlıq və narazılıq doğurması ilə əlaqədar şikayət və tənqidi fikirlərinə cavab verib. Avtosfer.az-ın məlumatına görə, "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli məsələ ilə əlaqədar milli.Az-a deyib ki, "Azəryolservis" soyuq, yağışlı havalarda, yalnız qəza şəraiti istisna olmaqla, yollarda asfalt döşənməsi və ya hər hansı əsaslı təmir işlərini həyata keçirmir: "Çünki yağışlı havalarda döşənən asfaltın keyfiyyəti ölür. Ona görə də bizim işlərimiz yaz və yay aylarında, bir də payızın əvvəlində, isti günlərdə olur. Belə havalarda payış-qış mövsümünə hazırlıq işləri aparılır, yollarda yeni borular çəkilir, yağış-kanalizasiya sistemi yenidən qurulur, yol qurğuları istismarı məsələlərinə baxılır, cari təmir işləri görülür. Amma əsaslı şəkildə hər hansı yolda təmir və ya tikinti işlərinin aparılması həyata keçirilmir».
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti hazırda Bakının bir neçə küçəsində təmir işi aparır, yollara yeni asfalt döşənir. Bir neçə gün əvvəl Yasamal rayonunda Mikayıl Müşfiq küçəsinin təmirdən sonra açılışı olub.
***
"Azəryolservis”-in mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin BAKU.WS-ə verdiyi məlumata görə, verdiyi açıqlama düzgün başa düşülməyib. "Mən orda qeyd etmişəm ki, yolların çəkilişi, təmiri əsasən yaz, yay və payızın ilk aylarında aparılır. Yağışlar yağarkən asfalt-beton döşənməsini həyata keçirmək olmur, yağıntılı günlərdə vurulan asfaltın keyfiyyəti aşağı düşür. Ancaq bu belə başa düşülüb ki,ümumiyyətlə payız-qış mövsümündə asfalt işləri görülmür”, - deyə Anar Nəcəfli bildirib. Qurum rəsmisi bildirib ki, yağıntılı havalardan söhbət gedir. Digər günlərdə, yağıntısız günlərdə isə asfaltın döşənməsində heç bir problem yoxdur: "Sadəcə olaraq payız-qış mövsümündə havaların əsasən yağıntılı keçdiyini nəzərə alsaq, biz işlərimizi əsasən yaz və yay aylarında aparırıq. Ancaq bu o demək deyil ki, payız-qış mövsümündə istər "Azəryolservis" ASC-də, istərsə də yol çəkilişi, təmiri ilə məşğul olan digər qurumlarda işlər dayanır. Xahiş edirəm bu cür xəbərləri verəndə bir az diqqətli olsunlar”.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










