Babək prospektində DƏHŞƏT; «07» ər-arvadın üstündən keçdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törədən Elmir Mehdəliyevin cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəməyə baxış yanvarın 9-na təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin avqustun 24-də baş verib. Paytaxtın Babək prospektində yüksək sürətlə hərəkətdə olan “VAZ 2107” markalı avtomobil ər və arvadın üstündən keçib. Onların hər ikisi yerindəcə keçinib. İki nəfərin ölümünə səbəb olan şəxs aradan çıxıb. Hadisə yerinə gələn polis burada ağlayan 4 yaşlı uşaq aşkarlayıb. Məlum olub ki, uşaq ölən şəxslərin övladıdır və o, qaranlıq küçədə bir müddət tək qalıb. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilib. Onlar Qazax rayonunun Astanbəyli kəndindən Bakıya bir müddət əvvəl tikintidə işləməyə gələn 1987-ci il təvəllüdlü Mustafayev Vüqar Vaqif oğlu və onun həyat yoldaşı 1989-cu il təvəllüdlü Mustafayeva Tünzalə Arif qızıdır.
Nizami rayon polisi dərhal hadisə yerindən qaçan şəxsin axtarışına başlayıb və o, öz evində tutulub. Onun avtomobili cərimə meydançasına aparılıb. Gənc ailənin faciəsinə səbəb olan şəxs Xətai rayon sakini, Kaçalov küçəsi ev 16, mənzil 9-da yaşayan 1991-ci il təvəllüdlü Mehrəliyev Elmir Arif oğludur. O, həmin gün toydan çıxdığını, içkili olduğunu deyib. Piyada keçidinin yaxınlığında maşınla nəyəsə toxunduğunu, amma bunun adam olduğunu anlamadığıı iddia edib. Elmir əgər adam vurduğunu bilsəydi heç vaxt qaçmayacağını bildirib. Sonda o, törətdiyi əməldən peşmançılıq çəkdiyini və bunu heç vaxt özünə bağışlamayacağını etiraf edib. Hadisəni törətdikdən sonra Elmir avtomobilin işıqlarını söndürərək təhlükəsizlik kameralarına düşməmək üçün qaranlıq yollarla aradan çıxıb. Hadisə nəticəsində dünyasını dəyişən Mustafayev Vüqar Vaqif oğlunun dayısı oğlu Rauf polisə qohumunun ölən həyat yoldaşının 7 aylıq hamilə olduğunu deyib.
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var
Çin avtomobilləri ilə bağlı gizli problem üzə çıxdı: Ən böyük risk...










