Bakı-2015-ə görə yeni qadağalar – Sürücülərə xəbərdarlıq

"Azərbaycan Bakı-2015 Avropa Oyunları zamanı Avropa standartlarına uyğun olaraq qonaqları qarşılayacaq. Biz öz fəaliyyətimizlə avropalıları təəccübləndirəcəyik". Bu sözləri Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov "Günə Baxan" verilişində deyib. O bildirib ki, Bakıda minlərlə küçə var və aidiyyatı orqanlar üzərinə düşən öhdəlikləri yerinə yetirərək şəhər yollarındakı problemləri aradan qaldıracaq: "Bəzən sürücülərin günahından problemlər yaranır. Piyadalar və sürücülər üzərinə düşəni etməlidir ki, şəhər nəqliyyatında problemlər yaranmasın. Avropa Oyunları zamanı yollarda ciddi nəzarət olunacaq və sərt cərimələr tətbiq olunacaq. Məsələn, "parkinq yoxdur" xidməti göstəriləcək. Belə olan halda vətəndaş avtomobilini həmin ərazilərdə saxlaya bilməyəcək. Biletlə yarış izləməyə gələn vətəndaş "park et və get" nişanı olan yerdən idman obyektinə ictimai nəqliyyatla gedəcək".
Nazirlik rəsmisi qeyd edib ki, taksilərə də ciddi nəzarət olunacaq. N.Həsənovun sözlərinə görə, taksilər idman arenalarına yaxın yerlərə gedə bilməyəcək: "Biz bunun üçün lazımi işlər görəcəyik. Yalnız "London taksiləri" bu xidməti göstərə biləcək".
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












