Bakı küçələrində avtomobillərin orta sürəti artıb

Bakının mərkəzi küçələrində avtomobillərin orta sürəti artıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən oxu.az-a verilən məlumata görə, buna səbəb “yaşıl dalğa”ların tətbiqidir.
NİİM fəaliyyətə başladığı gündən bu yeniliklər 28 May, Bakıxanov, Z.Əliyeva, Ü.Hacıbəyov və s. küçələrdə tətbiq olunub.
Statistikaya əsasən, 2014-cü ilin sentyabr ayında Bakıxanov küçəsində avtomobillərin orta sürəti 52.7 km/saat olduğu halda, 2015-ci ilin sentyabr ayı üzrə orta sürəti 53,7 km/saat olub.
Qeyd edək ki, nəqliyyat intensivliyinin artırılması məqsədi ilə mərkəzi küçə və prospektlərin kəsişmələrində quraşdırılan işıqforlara Mərkəzin mütəxəssisləri tərəfindən bir sıra əmrlər (“yaşıl dalğa”, “sarı döyünən işıq” və s.), həmçinin günün saatlarına görə vaxt planları tətbiq olunur. Yəni nəqliyyat vasitələrinin dayanmaması üçün yol boyu ardıcıl olaraq bir neçə svetoforda yaşıl işıq yandırılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












