Bakı-Quba yolu ilə bağlı növbəti sual: Təmirdən əvvəl də 90 km/saat, sonra da? - AÇIQLAMA

Təmir prosesində olan Bakı-Quba avtomobil yolunda sürət həddinin hansı norma ilə saxlanacağı sual altındadır.
Bununla bağlı Oxu.az-ın redaksiyasına müraciət edən vətəndaşlar aidiyyəti qurumlar tərəfindən məsələyə aydınlıq gətirilməsini istəyiblər.
Belə ki, həmin yolda təmirdən öncə sürət həddi azaldılıb, 90 km/saat müəyyən edilmişdi. Buna səbəb isə yol infrastrukturundakı problemlər göstərilirdi.
Artıq yaxın vaxtlarda təmirin başa çatması, istifadəyə verilməsi gözlənilən yolda sürət həddinin necə müəyyənləşdiriləcəyi sürücülər üçün müəmmalı qalır.
Bununla bağlı sorğunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYP) Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev cavablandırıb. O xatırladıb ki, Bakı-Quba yolunda sürət həddi 90 km/saat olub:
“Təmir başa çatdıqdan, yol təhvil verildikdən sonra da dəyişiklik gözlənilmir. Sürət həddi saxlanacaq”.
AAYDA-nın mətbuat katibi Anar Nəcəfli isə qeyd edib ki, agentlik sürət limiti təyin edən qurum deyil.
Qeyd edək ki, bundan öncə Bakı-Quba ödənişli magistral yolu ilə bağlı da analoji sual yaranmışdı. Həmin yolda sürət həddinin 110 km/saat olub-olmayacağına dair yekun qərar hələ yoxdur.
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?












