Bakı-Sumqayıt avtobuslarının yığışdırılması ilə bağlı açıqlama

Bakının «20 Yanvar» dairəsində qeyri-qanuni fəaliyyət göstərən Bakı-Sumqayıt avtobuslarının yığışdırılması ilə bağlı rəsmi açıqlama verilib. Dövlət Avtomobil Nəqliyyatı İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov aim.az-a bildirib ki, Bakı-Sumqayıt avtobuslarının yığışdırılması ilə bağlı qərar bu günün işi deyil:
“Bu qərar çoxdan verilib və iş həyata keçirilir. Lakin bəzi sürücülər hələ də bu qadağaya məhəl qoymur. Elə mikroavtobus və yaxud avtobus sürücüləri var ki, sözügedən ərazidə sərnişin daşıdığına görə, bir və yaxud bir neçə dəfə qanuna müvafiq qaydada tədbir görülüb və cərimələnib. Artıq bir neçə dəfə bu qeyri-qanuni işinə görə cərimələnən sürücülərə qarşı cinayət işi qaldırılacaq. Bunun üçün lazımi sənədlər toplanılır. Son aylara nəzər yetirsək, 20 Yanvar dairəsindən Bakı-Sumqayıt istiqamətində qeyri-qanuni fəaliyyət göstərən avtobus sürücüsünə 300-dən artıq protokol yazılaraq cərimə tətbiq edilib”.
Ə.Cəfərov bununla belə, ərazidə Bakı-Sumqayıt istiqamətində qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı da cəza tədbirlərinin həyata keçirildiyini qeyd etdi: «Sözügedən ərazidə mindən çox taksi sürücüsünə protokol tərtib edilərək cərimələnib».
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












