Bakı-Sumqayıt qatarında gediş haqqı: qonşu ölkələrlə MÜQAYİSƏ

Məlum olduğu kimi, sentyabrın 12-də Bakı-Sumqayıt marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb. Sentyabr ayının 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minib. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpik arasında təsdiq edilib. Yeni tariflər bu il sentyabrın 15-dən qüvvəyə minib.
Tarıf Şurasının qərarı olduqca ədalətlidir. Çünki təyin olunan qiymətlər qonşu ölkələrin müvafiq tarıf qiymətləri ilə müqayisədə xeyli ucuzdur. Məsələn, Rusiya Federasiyasında fəaliyyət göstərən “Aeroekspress”də 45 km-lik məsafədə gediş haqqı 6, 30 AZN, Estoniyada şəhərətrafı elektrik qatarlarında 35,9 km-lik məsafədə gediş haqqı 3, 35 AZN, Ukrayna Respublikasında şəhərətrafı elektrik qatarlarında 37 km-lik məsafədə gediş haqqı 2, 90 AZN, Özbəkistan Respublikasında şəhərətrafı elektrik qatarlarında gediş haqqı 2, 50 AZN, Türkiyə Respublikasında 46 km-lik məsafədə gediş haqqı 5, 20 AZN, Qazaxıstan Respublikasında şəhərətrafı elektrik qatarlarında gediş haqqı 6, 10 AZN təşkil edir.
Fidan
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










