Bakı-Sumqayıt yolunda sürət yenə 90 oldu

Bu gün Avtosfer.az saytı Bakı-Sumqayıt yolunda sürücülərin hər an radara düşə biləcəyi barədə məlumat yaymışdı. Bildirmişdik ki, Sumqayıtdan Bakıya gələnlər «Ekologiya postu»nu keçəndən sonra adətən 90 km/saat sürət nişanını görüb buna uyğun hərəkət edirdilər. Lakin artıq iki aydan çoxdur həmin nişan götürülüb. Bu halda sürücülər çaş-baş qalır və bəziləri saatda 90, bəziləri isə 60-la hərəkət edirdilər. Bu vəziyyətdə həmin yolda 90-la gedənlərin radara düşüb-düşmədiyi məlum deyildi.
Bir qədər əvvəl əməkdaşlarımız həmin əraziyə yeni yol nişanlarının qoyulması barədə məlumat alıblar. Məlum olub ki, Dövlət Yol Polisi İdarəsi artıq həmin əraziyə yol nişanları qoyub. Yəni, postu keçəndən sonra 90 km/saat sürət həddini göstərən nişanlar bərpa olunub. Bu o deməkdir ki, sürücülər postu keçəndən sonra Bakının girişinə qədər saatda 90 km sürətlə hərəkət edə bilərlər.
Yaranmış vəziyyətə operativ reaksiya verib həll etdiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə təşəkkür edirik.
Elməddin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












