Bakıda 200 minlik maşınlar cərimə meydançasına salındı – «XOR-XOR»a GÖRƏ - FOTO

Aprelin 29-da, axşam saatlarında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində qayda pozuntusuna yol verən 99-HF-099 dövlət nömrə nişanlı «Maserati» və 90-US-009 dövlət nömrə nişanlı «Mersedes-SLS» markalı iki avtomobili saxlayıb. Təxminən 200 min qiyməti olan bu avtomobillərin hər ikisi Bakı şəhər DYPİ-nin ərazisindəki cərimə meydançasına aparılıb. Bu gün Avtosfer.az-ın əməkdaşı cərimə meydançasında olan hər iki avtomobilin fotolarını çəkib.
DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, hər iki nəqliyyat vasitəsi qanunla istifadəsi qadağan olunan səsgücləndirici vasitələrdən istifadə etdiklərinə görə saxlanıb və sürücülər barəsində inzibati protokol tərib edilib.
Qeyd edək ki, maşınlara «xor-xor» səs çıxaran qurğuların quraşdırılması qanunla qadağandır və İnzibati Xətalar Məcəlləsində bu əmələ görə sürücünü min manatadək cərimə gözləyir.
Elməddin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR


















