Bakıda 400-dən çox "avtoş" həbs olunub - VİDEO

Bu ilin əvvəlindən Bakı şəhərində 424 avtoxuliqan həbs olunub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, avtoxuliqanlar barəsində tərtib edilmiş inzibati protokollar artıq məhkəmələrə göndərilib və onlar haqqında həbs qərarı verilib. Avtoxuliqanlıq maddəsi ilə saxlanılanların yaş həddi 22-31 arasında dəyişir. Bu şəxslərə də artıq hakimlər tərəfindən 5 sutkadan 30 sutkaya qədər həbs cəzası verilib. “Ötən ilin müvafiq dövrü ilə müqayisədə avtoxuliqanlıq edənlərin sayı azalıb. Təbii ki, bu da yol polis əməkdaşları tərəfindən keçirilən təsirli tədbirlər, eyni zamanda yol hərəkəti haqqında qanuna edilən əlavə və dəyişikliklərin hesabınadır”, - deyə BŞDYPİ-nin şöbə rəisi Vaqif Əsədov bildirib.
Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, avtoxuliqanlıq inzibati xəta hesab olunur. Və bu xətaya görə, avtoxuliqanlıq edən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla 400 manatdan 600 manatadək miqdarda cərimə edilir. Yaxud nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla həmin şəxsə on günədək inzibati həbs tətbiq olunur.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










