Bakıda 5 min manata "Hyundai" satışa çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyunun 9-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb. Bu barədə Avtosfer.az-a ƏMDK-dan məlumat verilib.
Komitənin məlumatına görə, hərraca 12 ədəd avtomobil çıxarılacaq. Belə ki, hərracda iki ədəd UAZ-3160-010, 3 ədəd QAZ-3110-101, Hyundai Accent, Fiat Tempra, Daewoo Prince, Hyundai Sonata, Hyundai H-100, VAZ-21074, QAZ-3102 avtomobilləri yer alacaq. 2006 –cı il istehsalı olan UAZ-3160-010 start qiyməti 3520 manat olmaqla, 2003-cü il istehsalı olan QAZ-3110-101 başlanğıc qiyməti 1500 manat olmaqla hərraca çıxarılacaq. Bundan başqa, 1998-ci il istehsalı olan Fiat Tempra, Hyundai Accent 1300 manatdan başlayan qiymətlə satılacaq.
1995-ci il istehsalı olan Daewoo Prince 1500 manatdan başlayan qiymətlə, 2005-ci il istehsalı olan Hyundai Sonata başlanğıc qiyməti 5325 manat, 1997-ci il istehsalı olan Hyundai H-100 2094 manatdan başlayan qiymətlə hərracda yer alacaq.
Start qiyməti 2522 manat olan VAZ-21074 (2008-ci il istehsalı), 2000-ci il istehsalı olan QAZ-3102 başlanğıc qiyməti 1020 manat olmaqla satışa çıxarılacaq.
Qeyd edək ki, hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11a).
Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;
2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh MərkəziBankdaAZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.
Emin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










