Bakıda 7500-lük avtomobil 2978 manata satışa çıxdı

Əmlak Məsələləri Dövlət Komitəsi iyulun 14-də hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb. Avtosfer.az komitəyə istinadən xəbər verir ki, iyulun 14-də keçirilən hərraca 17 avtomobil çıxarılacaq. Belə ki, ƏMDK –nın məlumatına görə, 4 ədəd 2006-ci il istehsalı olan "Nissan Sunny" start qiyməti 2 978 manat olmaqla satılacaq. Bundan başqa, hərracda 2 ədəd 2003, 1 ədəd isə 2004-cü il istehsalı olan "Nissan Maxima" avtomobili də alıcılara təklif olunacaq.
Komitə bildirir ki, 2007-ci il istehsalı olan "Nissan Sunny" təkrar hərraca çıxarılacaq. 1998-ci il istehsalı olan "Daewoo Leganza" markalı avtomobil isə 4-cü dəfə 25% endirimlə hərraca çıxarılacaq.
1998-ci il istehsalı olan "Volkswagen Passat" start qiyməti 2 500- manata, 1997-ci il istehsalı olan "Tofaş Qartal" 1 800 manata hərraca çıxarılacaq.
Xatırladaq ki, hərracda 2007-ci il istehsalı olan 2 ədəd "Chery Eastar", 2 ədəd 2007-ci il istehsalı olan "Chery A520 Fora" və s avtomobil də olacaq.
Məlumat üçün bildirək ki, Bakının avtomobil bazarında 2006-ci il istehsalı olan "Nissan Sunny" markalı avtomobilin qiyməti 7500 dollar və ya 7 859 manat təşkil edir. 1998-ci il istehsalı olan "Volkswagen Passat"ın qiyməti isə 3 400 dollar və ya 3 563 manatdır.
Xatırladaq ki, hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;
2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh MərkəziBankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.
Kompüter mühəndisləri sürücüsüz avtomobilə minməyə qorxurlar - FOTO
Yayda mühərriki qızdırmaq lazımdırmı?
Çin maşınlarına maraq artır; sürücülərin seçimi niyə elektromobillər olur? - RƏY
Avtomobil nəhəngi işçilərinin sayını azaldır - Çin bazarının...
Avtomobil utilizasiyasında strateji məqam - FOTO
İsti havada avtomobillərdə mobil telefon saxlayanlara XƏBƏRDARLIQ - VİDEO
Elektromobilə dövlət subsidiyasını istehsalçılar mənimsəyir – EKSPERT RƏYİ
Elektron köməkçilər sürücüləri əsəbləşdirir
Azərbaycanda ən sərfəli avtomobillərin SİYAHISI AÇIQLANIB
Sürücülük vəsiqəsi niyə müddətsiz verilmir? – Səbəbi AÇIQLANDI
Avtomobillərin məcburi utilizasiyası məqsədəuyğun deyil - ƏRŞAD HÜSEYNOV










