Bakıda ağsaqall «avtoş» tutuldu - FOTOLAR

Sentyabrın 5-dən 6-na keçən gecə, saat 01.22 radələrində Bakıda avtoxuliqanlıq edən yaşlı sürücü saxlanılıb. Avtosfer.az-ın məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı yol polisləri «Mersedes» markalı avtomobilin sürücüsünə Yasamal rayonu ərazisində «saxla» işarəsi verilib. Çünki sürücü avtomobillə təhlükəli manevrlər edərək qayda pozurmuş. Lakin sürücü yol polisinə tabe olmayaraq qaçmağa başlayıb. Bu dəfə daha təhlükəli hərəkətlər edən sürücü təxminən 20 dəqiqədən sonra yaradılmış süni maneə nəticəsində saxlanılıb. Özünü təqdim etəməyən, sənədləri gizlədən sürücünün idarə etdiyi avtomobil cərimə meydançasına aparılıb. Özü isə sərxoşluq dərəcəsinin yoxlanılması üçün tibbi müayinə mərkəzinə yola salınıb. Yol polisi ehtimal edir ki, təxminən 50-dən artıq yaşı olan sürücü sərxoş olduğu üçün qaçıb gizlənmək istəyirmiş.
Elməddin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR














