Reklam

Bakıda avtomobil icarəsi: qiymətlər və şərtlər necədir?- CƏDVƏL

Avtoxəbər 16 Aprel 2015 18:54 Oxunub 5679
Bakıda avtomobil icarəsi: qiymətlər və şərtlər necədir?- CƏDVƏL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşını aldığı vəziyyətdə qaytarmayanlar cərimə olunurlar

Bakıda avtomobillərin icarəyə verilməsi halları getdikcə artmaqdadır. Müşahidələr göstərir ki bu işlə həm sadə vətəndaşlar, həm də ayrı-ayrı şirkətlər (“Rent a car”) məşğul olur.

Bir qayda olaraq fiziki şəxslər öz şəxsi maşınlarını əsasən dost-tanışa icarəyə verir, ya da internetdəki avtomobil saytlarında elan verməklə müştəri tapırlar. Markasından, istehsal ilindən asılı olaraq fərdi şəxslərin təklif etdikləri maşınların aylıq icarə qiyməti 200 manatdan 1000 manata qədər dəyişir.

Avtosfer.az xəbər verir ki, şirkətlərdə icarə qiymətləri isə xeyli yüksəkdir. Hüquqi şəxslərin təklif etdiyi maşınların aylıq icarə qiyməti 800 manatdan 3-4 min manata qədər dəyişir. Gündəlik icarə qiyməti isə təxminən 50-250 manat arasındadır. Amma şirkət maşınlarını icarəyə götürmək elə asan deyil.

Bu barədə fins.az Bakıda fəaliyyət göstərən “Rent a car” şirkətlərinin təklif etdiyi xidmətləri, şərtləri və qiymətləri araşdırıb. Araşdırma nəticəsində məlum olub ki, bu şirkətlərə ödənilən pula siqnalizasiya, mövsumə uyğun təkərlərlə təhciz olunma və sığorta xərcləri daxildir.

“Rent a car”larda hər növ minik, yük maşınları və avtobuslar icarəyə verilir. Bu nəqliyyat vasitələri ilə ölkə daxilində səyahətə getmək, toy eləmək, qonaq qarşılamaq və yola salmaq mümkündür. Maşınlar sürücü ilə və ya sürücüsüz verilə bilər. Maşınla birlikdə müştəriyə vəkalətnamə və ya yol vərəqəsi verilir. Bu sənədlər avtonəqliyyat vasitəsinin həmin adama etibar edildiyini təsdiqləyir.

“Rent a car” şirkətləri avtomobilləri müştəriyə texniki cəhətdən saz vəziyyətdə, təmiz, yanacaq çəni benzin ilə tam dolu vəziyyətdə təqdim edirlər. İcarə vaxtı bitdikdən sonra avtomobil eyni vəziyyətdə, müqavilədə qeyd olunduğu vaxtda və yerdə geri qaytarılmalıdır. Əgər maşın yuyulmamış, salonu çirkli vəziyyətdə, benzin çəni doldurulmamış qaytarılarsa, müştəri cərimə ödəməli olur.

Belə ki, avtomobili icarəyə götürən müştəri şirkətə əlavə 300 dollar da depozit qoymalıdır. Yəni, müştəri müqavilədə göstərilən öhdəliklərə əməl etməsə, əlavə cərimələr həmin məbləğdən tutulur, qalan hissə müştəriyə qaytarılır.

 

İCARƏYƏ VERİLƏN AVTOMOBİLLƏRİN QİYMƏT CƏDVƏLI
(taninmış şirkətlərdən biri üzrə)

Model

Buraxılışı

Günlük

Həftəlik

Aylıq

1.   

LEXUS LX 570

2013

250 AZN

1600 AZN

3500 AZN

2.   

RANGE ROVER

2012

180 AZN

1200 AZN

2600 AZN

3.   

TOYOTA LAND CRUISER 200

2014

180 AZN

1200 AZN

2600 AZN

4.   

TOYOTA PRADO GX&VX

2014

110 AZN

700 AZN

1800 AZN

5.   

TOYOTA FORTUNER

2012

100 AZN

650 AZN

1700 AZN

6.   

TOYOTA PRADO GX&VX

2008

90 AZN

600 AZN

1400 AZN

7.   

MITSUBISHI PAJERO

2011

85 AZN

550 AZN

1300 AZN

8.   

HYUNDAI SANTA FE

2012

80 AZN

500 AZN

1250 AZN

9.   

NISSAN X-TRAIL

2011

75 AZN

450 AZN

1250 AZN

10.             

HYUNDAI IX35

2014

70 AZN

420 AZN

1200 AZN

11.             

KIA SPORTAGE

2014

70 AZN

420 AZN

1200 AZN

12.             

MITSUBISHI L200

2013

70 AZN

420 AZN

1200 AZN

13.             

HYUNDAI TUCSON

 

2008

60 AZN

350 AZN

850 AZN

14.             

BMW 745

2011

300 AZN

2000 AZN

4000 AZN

15.             

MERCEDES S-CLASS

2011

250 AZN

1600 AZN

3500 AZN

16.             

TOYOTA CAMRY

2014

90 AZN

560 AZN

1400 AZN

17.             

HYUNDAI SONATA

2014

80 AZN

490AZN

1250 AZN

18.             

TOYOTA CAMRY

2008

80AZN

490 AZN

1250 AZN

19.             

HYUNDAI SONATA

2008

65 AZN

400 AZN

1000 AZN

20.             

TOYOTA COROLLA

2014

60 AZN

380 AZN

950 AZN

21.             

NISSAN SUNNY

2011

60 AZN

380 AZN

900 AZN

22.             

KIA CERATO

2013

60 AZN

390 AZN

850 AZN

23.             

HYUNDAI ELANTRA

2013

60 AZN

385 AZN

850 AZN

24.             

KIA RIO

2012

55 AZN

350 AZN

800 AZN

25.             

HYUNDAI ACCENT

2012

50 AZN

300 AZN

800 AZN

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh