Bakıda avtomobili əlsiz sürdülər – 10 UO 011-dən ŞOK VİDEO

Bakıda Yalçın adlı sürücü çox təhlükəli bir tryuka imza atıb. Bilal Nuriyevin Youtubedə paylaşdığı videoda qeyd olunur ki, Yalçın «Porsche» markalı, 10 UO 011 dövlət nömrə nişanlı avtomobili əlsiz sürüb. Amma idarə olunan avtomobilin sükanından görünür ki, avtomobil «KİA»dır. Yalçın əllərini bağlayaraq «Qələbə» meydanından hərəkətə başlayıb, şəhəri gəzib dolandıqdan sonra «Koroğlu» metrostansiyasının yanından dairə vuraraq yenidən əvvəlki yerinə qayıdıb. O, avtomobilin sükanını dizləri ilə idarə edib.
Maşınların arası ilə təhlükəli manevrlər edən, sürət həddini aşan sürücü həm də peşəkarlıq göstərir. Bu, çox təhlükəli bir addım olsa da, sürücünün peşəkarlığını xüsusi qeyd etmək lazımdır. Amma bütün hallarda şəhər içində bu cür avtomobil idarə etməyi normal hal kimi qəbul etmirik.
Video sentyabrın 23-də yayılsa da, qeyd olunur ki, bu çəkiliş 2011-ci ildə aparılıb.
Qeyd edək ki, avtomobili idarə edərkən sükandan əli çəkmək qanunla qadağandır və 40 manat cəriməsi var.
Avtosfer.az həmin görüntüləri təqdim edir:
Elmin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










