Bakıda avtomobilin arxa şüşəsinə moniotor qoydular - VİDEO

Bakıda avtomobillərin arxa şüşəsinə monitor qoyulub. Bununla bağlı video sosial şəbəkələrdə yayılıb. Avtosfer.az-ın məlumatına görə, «Cadillac Escalade» markalı, 90 RT 100 dövlət nömrə nişanlı avtomobilin arxa şüşəsinə quraşdırılmış monitor kənardan maraqlı görünsə də, yol hərəkətində olduqca təhlükəlidir. Çünki arxadakı avtomobillərin sürücülərinin fikri monitorda qala bilər ki, bu da ağır qəzalara səbəb ola bilər.
Videodan həmin avtomobilin hərəkətdə olub-olmadığı məlum deyil. Ola bilər ki, bunu sadəcə görüntü kimi sınaqdan keçiriblər. Lakin əgər belə vasitələrdən istifadə olunursa, bəri başdan bildiririk ki, çox təhlükəli vasitədir.
Sosial şəbəkələrdə yayılan videoya şərh yazanların əksəriyyəti də arxa şüşəyə belə monitorların qoyulmasını tənqid ediblər və bunun qəzaya səbəb ola biləcəyini qeyd ediblər. Hətta bu monitorlardan başqa avtomobillərdə olduğunu yazanlar da var.
Emin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












