Bakıda avtomobilin üstünə ağac aşdı; sığorta imtina etdi - FOTO

Ötən gündən paytaxt Bakıda əsməyə başlayan güclü külək fəsadsız ötüşməyib. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, Bakının Xətai rayonunun NZS qəsəbəsində minik avtomobilinin üstünə ağac aşıb. General Mehmandarov küçəsində qeydə alınan hadisə zamanı güclü külək yaxınlıqda olan ağacı Manafov İbada aid “90 UT 428” dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinin üstünə aşırıb. Zərərçəkmişin verdiyi məlumata görə, avtomobilə külli miqdarda ziyan dəyib və hazırda maşın istifadəyə yararsız haldadır.
Zərərçəkmiş faktla bağlı 102, 112 xidmətlərinə, həmçinin avtomobilin sığorta olunduğu sığorta şirkətinə məlumat verdiyini bildirib. Sığorta şirkətindən zərərçəkmişə bildirilib ki, sadəcə icbari sığortası olduğundan onun zərəri kompensasiya olunmayacaq.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR


















