Bakıda «avtoş»dan ŞOK hərəkət – Maşın gedə-gedə özünü atdı - VİDEO

Paytaxtın Nərimanov rayonunda avtoxuliqanlıq edən 23 yaşlı sürücü qəza törədib. Hadisə nəticəsində xəsarət alan olmasa da, 3 avtomobilə ziyan dəyib. Avtoxuliqanlıq edərək polisdən qaçan sürücü yolun kənarında dayanmış avtomobillərə ziyan vurub.
Yol polisləri paytaxtın Nərimanov rayonu Yusif Səfərov küçəsi ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində avtoxuliqanlıq edən 23 yaşlı Nurlan Famirliyə “saxla” göstərişini veriblər. Ancaq sürücü buna məhəl qoymadan avtoxuliqanlıq hərəkətlərini davam etdirib. Sonra o, Xətai rayonu Sabit Orucov küçəsində hərəkətdə ola-ola özünü avtomobildən ataraq qaçıb. Avtomobil isə yolun kənarında dayanmış digər avtomobillərə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da 3 avtomobilə ziyan dəyib. 23 yaşlı sürücünü polislər hadisə yerindən bir neçə metr aralıda tuta biliblər. Əraziyə əzilən avtomobildəki sərnişinlərdən birinin səhəti pisləşdiyi üçün əraziyə təcili tibbi yardım çağrılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












