Bakıda "avtoş"luq edən diş həkimi tutuldu - FOTO

Bakıda avtoxuliqanlıq edən diş həkimi saxlanılıb. Hazırdı həmin şəxs Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindədir. Avtosfer.az-ın məlumatına görə, bu gün həmin müəssisədə saxlanılan şəxslərlə görüş zamanı məlum olub ki, onlardan biri diş həkimi işləyir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, Pirallahı rayonu ərazisində yol polisləri dövlət qeydiyyat nişanı olmadan "Mersedes" markalı avtomobili idarə edən 1985-ci il təvəllüdlü Əliyev Əliyoldaş Kamil oğluna "Saxla!" işarəsi verib. Amma sürücü polislərin bu əmrinə riayət etmədən avtoxiqanlıq hərəkətləri edib və qaçmağa nail olub. Sonradan Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları Ə.Əliyevi idarə etdiyi avtomobillə birgə saxlayıb. Ə.Əliyev məhkəmənin qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin (İXM) 296-1.1 maddəsi ilə təqsirli bilinib, ona 30 gün inzibati həbs verilib.
Əliyoldaş Əliyev Bakının Nizami rayonunda stomotoloji klinikada işləyir.
Elməddin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı












