Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?

Bakıda avtomobil bazarında alıcıların seçim meyarları dəyişməkdə davam edir. Son dövrlər yanacaq sərfiyyatı, istismar xərcləri və ekoloji amillər alıcıların qərarlarına daha çox təsir göstərir.
Bəs paytaxtda hazırda hansı avtomobillərə maraq əvvəlki illərlə müqayisədə azalıb, yoxsa vəziyyət eynidir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Konkret.az"a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hazırda bazarda mühərrik həcmi 4 min kub santimetr və daha yuxarı olan, köhnə istehsal tarixli, eləcə də dizel mühərrikli avtomobillərə tələbat əvvəlki dövrlərlə müqayisədə zəifləyib.
“Bu tendensiyanın əsas səbəbləri həmin avtomobillərin yüksək yanacaq sərfiyyatı, texniki xidmət xərclərinin çox olması və istismar zamanı əlavə maliyyə yükü yaratmasıdır. Bundan başqa, alıcılar daha qənaətcil, ekoloji cəhətdən təmiz və saxlanılması nisbətən ucuz olan avtomobillərə üstünlük verməyə başlayıblar”.
Eldəniz Cəfərov qeyd edib ki, bazarda xüsusilə kiçik mühərrik həcminə malik benzin, hibrid və elektrik mühərrikli avtomobillərə maraq artdığı halda, iri həcmli və köhnə dizel avtomobillərinin satışı əvvəlki illərlə müqayisədə daha çətin həyata keçirilir. Bu da ikinci əl avtomobil bazarında qiymətlərin formalaşmasına və alıcı seçimlərinə birbaşa təsir göstərir.
Dizellə işləyən maşınlar qadağan edilir?
Ən çox əməkdaşı olan avtomobil şirkətləri
"Toyota" başqa markalara mühərrik satacaq
Azərbaycanda elektromobillərin yayılmasına mane olan əsas problem nədir? – ARAŞDIRMA
Alıcılara MÜJDƏ – BYD ucuzlaşdı
Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - VİDEO
Sürücülər piyada keçidində bunu BİLMƏLİDİR — AÇIQLAMA
Avtomobil ailə büdcəsinə neçəyə başa gəlir? - ARAŞDIRMA
3 milyon avroluq “Bugatti”si oğurlandı; özü “Porsche” ilə oğrunun arxasınca düşdü
Avtomobilin nömrəsi itərsə eynisini almaq mümkündürmü – QANUN NƏ DEYİR? - VİDEO
Bu marka benzinli avtomobillərin satışından imtina edir – QƏRAR VERİLDİ












