Bakıda dəhşətli qəza: Zərbənin gücündən başqa avtomobilin altına düşdü

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş dəhşətli qəza ilə bağlı məlumat yayıb. Avtosfer.az nazirliyin saytına istinadən xəbər verir ki, sentyabrın 26-da saat 20 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində Çingiz İbrahimova məxsus “Mercedes” markalı avtomobil yol ayrıcısına çırpılıb, avtomobildə olan Vurğun Əsədov avtomobildən çıxaraq qarşıdan gələn Hacıqabul rayon sakini Mehdi Həsənovun idarə etdiyi “Opel” markalı avtomobilin altına düşüb. V.Əsədov hadisə yerində ölüb, Ç.İbrahimov tibb müəssisəsində ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. BDYPİ tərəfindən araşdırma aparılır.
*****
11:09
Bakıda ölümlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Bakı-Ələt magistralının 26-cı kilometrliyində, Qaradağ rayonu ərazisində "Mercedes" və "Opel" markalı iki avtomobil toqquşub. Nəticədə 1 nəfər hadisə yerində dünyasını dəyişib, daha 1 nəfər isə xəsarət alıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












