Bakıda dəhşətli qəzanın təfərrüatları: 3 ölü, 19 yaralı – FOTO+VİDEO

Bakının Sabunçu-Zabrat yolunda baş verən dəhşətli qəzada 19 nəfər yaralanıb, 3 nəfər ölüb. Yaralılardan 12 nəfəri xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, Bakının Sabunçu-Zabrat yolunda “Shacman” markalı yük maşını 214 saylı “Daewoo” markalı avtobusla toqquşub. Hadisə Zabratdan şəhərə gələn istiqamətdə ensiz yolda baş verib.
«Bakı Sərnişinnəqliyyat» Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsinin müdir müavini Vüqar İbrahimlinin anspress-ə verdiyi məlumata görə, qəza yük maşınının sürücüsünün günahı üzündən olub. "Avtobusu idarə edən sürücü şəhər istiqamətinə hərəkət edərkən görüb ki, qarşı tərəfdən iki “Shacman” markalı yük maşını gəlir. Yük maşınları ötüşürmüşlər. Onlar avtobusa yol verməyiblər, nə də sürəti azaltmayıblar. Avtobus sürücüsü nə qədər etsə də, qəza qaçılmaz olub", - deyə Vüqar İbrahimli bildirib.
Qeyd edək ki, qəza zamanı 2 nəfər hadisə yerində keçinib. Bir nəfər də xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qəzada ölən iki nəfər 17-18 yaşlarında oğlanlardır. Qəza zamanı yaralananların 4-nün vəziyyəti isə nisbətən ağırdır. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
























