Bakıda dəhşətli yol qəzaları - 187 ölü, 728 yaralı

Yanvarın 1-dən noyabrın 2-dək Bakı şəhərində 665 yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bunu trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib. Onun sözlərinə görə, qəzalar nəticəsində 187 nəfər həlak olub, 728 nəfər xəsarət alıb: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 94 hadisə, 79 ölüm və 14 xəsarət faktı azdır. Faizlə desək, yol qəzaları 12, ölüm faktları 27, xəsarət almalar isə 4 faiz azalıb”. Hadisələrin baş vermə səbəblərinə toxunan V.Əsədov qeyd edib ki, yol qəzaları daha çox sürət həddinin aşılması və qarşı hərəkət zolağına çıxma nəticəsində yaranır. Onun sözlərinə görə, piyadaların vurulması ümumi hadisələrin 51 faizi, yolayrıcını keçmə - 9 faiz, sürət həddini aşma isə 41 faizini təşkil edir.
Bölmə rəisi cəzalandırılan sürücülərin statistikasını da açıqlayıb: “Yolun əks istiqamətinə çıxmaqla ötmə, yəni manevr qaydalarını pozan 7858, yolayrıcını keçmə qaydalarını pozan 161 515, ümumilikdə isə 791708 sürücü inzibati qaydada məsuliyyətə cəlb edilib. Bundan başqa, ilin əvvəlindən bu günə kimi Bakı şəhərində baş vermiş yol qəzaları nəticəsində 18 uşaq ölüb, 45-i xəsarət alıb. Görülən tədbirlər nəticəsində daha çox cərimə bal topladığı üçün 440 nəfər sürücülük hüququndan məhrum edilib”.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












