Bakıda ən çox bu avtomobillərlə qəza törədilir – Rəsmi AÇIQLAMA

Demək olar ki, hər gün yol qəzaları ilə bağlı xəbərlərə rast gəlirik. Əvvəllər də aidiyyatı qurumlardan verilən açıqlamalarda bildirilib ki, hadisələrin çoxu yüksək sürətdən, sürücülərin yuxusuzluğundan, manevr qaydalarının pozulmasından və s. baş verir. Son illər isə taksi fəaliyyətindən aktiv istifadə qəzaların sayını daha da artırıb.
Yol nəqliyyat hadisələrinn baş vermə səbəblərindən biri də avtomobillərin nasazlığından irəli gəlir. Bütün bu nüansları nəzərə alsaq, Bakıda ən çox qəza törədilən avtomobil markalarının adlarını öyrənməyə çalışdıq.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis mayoru Araz Əsgərli bildirib ki, aparılan təhlil və real vəziyyət onu deməyə əsas verir ki, qəzaların mütləq əksəriyyəti yəni, əsas iştirakçıları sərnişindaşımada istifadə olunan minik vasitələridir: “Konkret olaraq qəza törədən avtomobillərin markaları üzrə statistika aparılmır. Amma baş verən hadisələrin sayına baxsaq, görərik ki, qəzaların böyük əksəriyyəti “Prius”lar, “Ravon”lar, “Kia”lar və “Mercedes”in köhnə modelləri yəni, aşağı büdcəli olanlarıdır. Belə avtomobillərin də mütləq əksəriyyəti taksi fəaliyyəti üçün istifadə edilir. İstər qayda pozuntuları olsun, istərsə də, yol nəqliyyat hadisələri bu sahədə gündəlik marşrutlar üzrə istifadə olunan nəqliyyat vasitələri ön sırada dayanır”. (lent.az)
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












