Bakıda “Ermənistan seriyalı” maşın kimindir? - DYP təkzib etdi FOTO

Bakıda yenə Ermənistan nömrə nişanlı avtomobilin olmasıyla bağlı məlumat yayılıb. Avtosfer.az xəbər verir ki, Bakı sakinlərindən aznews.az-a daxil olan məlumata görə “Audi” markalı avtomobilə artıq bir neçə gündür ki, şəhərin mərkəzi küçələrində rast gəlinir. Düşmən ölkənin nömrə nişanlı avtomobilin sərbəst hərəkəti müəyyən şayiələrin yaranmasına da səbəb olub. Bu şayiələrin əsasını həmin avtomobilin Azərbaycana sığınan Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyana məxsus olması təşkil edir. Hesab olunur ki, Azərbaycan hökuməti ona sahib çıxdığı üçün onun avtomobilinin də sərbəst hərəkətinə icazə verə bilər.
Dünən axşam saatlarında saytın əməkdaşı AM 118 AA nömrəli nömrə nişanlı həmin avtomobili Filarmoniya bağından “Azneft dairəsi” istiqamətinə hərəkət edərkən görüntüləyə bilib. Doğrudan da həmin avtomobil AM seriyası ilə başlayır.
AM 118 AA nömrəli “Audi” markalı həmin avtomobilinin hansı ölkəyə aid olmasını dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevilə əlaqə saxladıq. Kamran Əliyev açıqlamasında bildirdi ki, şəkildəki bu nömrə nişanlı avtomobil Ermənistana aid deyil:
“Ermənistanın avtomobil nömrələrində 2 rəqəm, 2 hərf sonra isə 3 rəqəm olur. Bu səbəbdən onun Ermənistana məxsus olması mümkün deyil”.
Apardığımız araşdırmalara əsasən şəkildəki avtomobilin Ukraynanın Jitomirskaya vilayətinə məxsus olması ehtimalı var. Çünki vilayətin dövlət nömrəli avtomobilləri əvvəl 06 ВА, ВВ (ЖИ) olub. 2004-cü ildən bəri isə yeni nömrə АМ 06 olub. Bu da həmin avtomobil nömrəsinin Jitomirskaya vilayətinə məxsus olduğunu deməyə əsas verir.
Qeyd edək ki, ötən ilin may ayında da oxşar hadisə baş vermişdi. Belə ki, E 001 KX nömrəli "Range Rover" avtomobilində olan bayrağın guya, Ermənistana aid olduğu bildirilirdi. Amma araşdırmalardan sonra məlum oldu ki, həmin bayraq Moldova Respublikasından ayrılaraq özünü "respublika" elan etmiş Dnestryanı bölgəsinə aiddir.
Avtomobil sahiblərini gözləyən YENİ XƏRCLƏR – Rekord bahalaşma yaxınlaşır
Azərbaycana avtomobil idxalı azalıb: Qiymətlər bahalaşacaq?
Sürücülərin NƏZƏRİNƏ: Mühərrik yağları kəskin bahalaşdı - VİDEO
Sürücülərin bal limiti artırılır, bəzi cərimə balları ləğv edilir - ŞAD XƏBƏR - VİDEO
Ağac altında park edilən avtomobillər üçün daha bir təhlükə - FOTO
Müasir benzinin köhnə avtomobillər üçün təhlükəsi
Ölkədə tək olan "Mercedes" FANTASTİK QİYMƏTƏ satışa çıxarıldı - FOTO
Avtomobil bazarında durğunluq: İdxal rəqəmləri narahatedici siqnal verir - VİDEO
Ən çox istifadə olunan avtomobil markaları: 2026-cı il üzrə SİYAHI
"Mercedes-Benz" bu ölkənin bazarından çıxa bilər
Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir










