Bakıda ilk dəfə – TATS avtomobil hərracı - FOTO

Azərbaycan avtomobil bazarında yeni mərhələ – TATS (“Tez Al Tez Sat”) markası altında ölkənin ilk canlı avtomobil hərracı fəaliyyətə başladı.
Layihənin məqsədi vətəndaşlara və şirkətlərə həm sürətli satış, həm də real bazar qiyməti ilə alış imkanı yaratmaqdır.
Bu platforma vasitəsilə həm yeni, həm də istifadə olunmuş avtomobillər və digər texnika canlı hərrac formatında təqdim olunur. Satıcılar avtomobillərini tam ödənişsiz şəkildə TATS-a təqdim edir, alıcılar isə xidmət haqqı ödəyərək istədikləri nəqliyyat vasitəsini əldə edə bilirlər.
Hərrac prosesi ölkənin ən iri avtomobil satış mərkəzi - Baku Auto Mall-da keçirilir. Avtomobillər öncədən texniki baxışdan keçirilir, foto və video materiallar hazırlanır, daha sonra müəyyən olunmuş tarixdə canlı hərracda təqdim olunur. Alıcılar avtomobilləri yerində görüb, təkliflərini real vaxtda verə bilirlər.
Təşkilatçılar bildirirlər ki, bu format Azərbaycanda avtomobil satış bazarına tamamilə yeni nəfəs gətirəcək. Ənənəvi elan saytlarından fərqli olaraq, TATS sistemi alqı-satqını şəffaf, sürətli və təhlükəsiz şəkildə həyata keçirməyə imkan verir.
Layihənin təsisçiləri qeyd edir:
“İnsanlar maşın satmaq üçün aylarla gözləməyəcək. Biz avtomobilin real dəyərini müəyyən edib, qısa zamanda alıcı və satıcını bir araya gətiririk.”

TATS hərraclarında eyni zamanda elektrik və hibrid avtomobillər, yüngül və ağır texnika, motosikletlər də təqdim olunur…
İlk hərrac bu həftə baş tutacaq və artıq onlarla avtomobil qeydiyyata alınmışdır. Hərracın hər həftə keçirilməsi planlaşdırılır.
Ətraflı məlumat və qeydiyyat üçün:
www.tats.az
Instagram: @tezaltezsat
TikTok: @tezaltezsat
Baku Auto Mall, Babək prospekti 2224
Əlaqə: 010 123 88 83 / 010 123 88 84 / 010 123 88 85
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










