Bakıda işıqforların vaxtları dəyişdirilir

Bakı şəhərinin yollarında sentyabr ayında yeni tədris ilinin başlaması günün pik saatlarında avtomobillərin sayının artacağını nəzərə alaraq, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən işıqforların vaxt planlarında yenilənmə işləri aparır. Bunu NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib. Onun sözlərinə görə, ənənəvi olaraq, sentyabrın 15-dən dərslər başlayarkən Bakıda gur saatlarda yenidən avtomobillərin sayı artacaq və yolda hərəkəti asanlaşdırmaq və sıxlığın qarşısını almaq məqsədilə NİİM yaşıl dalğaların sayını artırır.
"Bu, əsasən təhsil ocaqları olan ərazilərdə həyata keçirilir, yəni universitetlər, texnikumlar və orta təhsil müəssisələri olan əraziləri əhatə edir. Təxminən bir küçədə 3-4 işıqforun ardıcıl olaraq yaşıl yanması, yəni həmin ərazidə avtomobillərin dayanmadan hərəkəti nəzərdə tutulur. Həmin ərazilərdə yaşıl dalğaların sayı xüsusilə artırılıb və bu proses davam edir. Düşünürük ki, bu, pik saatlarda dərsə gedən və dərsdən gələn vaxtlarda avtomobillərin sayının müəyyən qədər azalmasına, sıxlığın aradan qalxmasına təsir edəcək", - deyə Ş.Mehmanqızı qeyd edib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












