Bakıda küçəyə zibil atan sürücülərin biabırçı VİDEOsu

Sosial şəbəkələrdə Bakıda yollara zibil atan sürücülərin videosu yayılıb. Avtosfer.az-ın məlumatına görə, «Həyata bağlan» səhifəsində video haqqında bunları yazıblar: «Hazırladığımız yeni videoçarx avtomobildən zibil atan vətəndaşlarımız haqqındadır. Belə olmaz! Dostlarınızla paylaşın! Gəlin, hər kəsi mədəniyyətli olmağa çağıraq!».
Videonun adı daha maraqlıdır. Təbii ki, başa düşənlər üçün bu ad çox təsirli olmalıdır - «Tərbiyəli olaq». Yəqin ki, bu videoda özünü görənlər tərbiyəli olmağa çalışacaqlar. Tərbiyəli deyərkən, burada söhbət sürücü mədəniyyətin gedir. Ola bilər ki, kiminsə əxlaqı, tərbiyyəsi yüksəkdir, amma sükan arxasında özünü apara bilmir. Bu videoda belələrinin də olduğunu düşünmək olar…
Qeyd edək ki, Azərbaycan qanunlarına görə, sükan arxasında olan sürücü avtomobildən bayıra hər hansı əşya atarsa, 40 manat, sərnişin isə 30 manat cərimə olunur.
Avtosfer.az cərimədən və ictimai qınaqdan kənar qalan sürücülərin həmin videosunu təqdim edir. Əlbəttə ki, burada məqsəd ictimai qınaqdır…
Elmin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı











