Bakıda maşını saatda 250 "sıxan" Qeyrətimiz - VİDEO

Tələsənin təndirə düşməyinin dəfələrlər şahidi olmuşuq. Əksər vaxt tələsənlər həmin təndirdən çox asan qurtulmur. Bataqlıqda olan "Bakı" klubunun yarımmüdafiəçisi Qeyrət Əliyev də yaman tələskəndir. Bu tələskənliyinin onun başına açacaq bəlalardan hələ xəbərsizdir. Gəncdir, çılğındır...
Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, Qeyrət Əliyev də bir çoxları kimi ayağını yerdən kəsən "at"ın üzərinə mindikdən sonra özünü cəngavər kimi hiss edir. Avtomobili 240-250 km/saat sürətlə uçurdan bu "qəhrəman" həyatını heçə sayaraq digər insanlar üçün də potensial ölüm mənbəyidir. Gənc yaşında karyera düşünməkdən, top dalınca qaçmaqdan, özünü ralli yarışlarında hiss edib Şumaxerlik edir. Öz gücünü rəqiblərin yox, yolların üzərində sınayır. Qeyrətin idarə etdiyi "BMW 3" markalı avtomobili maksimal sürətlə (240-250 km/saat) sürərək ətrafa ölüm saçması foto və videolardan açıq-aydın görünür.
O, bəlkə də, düşünür ki, gəncliyini indi gec olmadan yaşamalıdı. Yaşamalıdır, amma başqalarının bədbəxtliyi hesabına yox.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı

















