Bakıda nömrəsiz gəzən yarım milyonluq «Lamborghini» - FOTOLAR

Gördüyünüz bu avtomobilin dəyəri yarım milyon dollardan artıqdır. Bakıya yeni ayaq açan «Lamborghini» almaq hər adama qismət deyil. Bahalı maşınla bahalı qayda pozuntusu törədənin kimliyini bilməsək də, fotolardan aydın olur ki, «Lamborghini» Bakı küçələrində bəzən dövlət nömrə nişanı olmadan hərəkət edir. Biz əsla bu avtomobilin nömrəsinin olmadığını demirik. Nömrəsi var və 10 RM 784-dür. Auto.az saytının yaydığı fotolardan məlum olur ki, bu avtomobil Bakı küçələrində həm dövlət nömrə nişanı ilə, həm də nömrəsiz hərəkət edir. Avtomobili isə tez-tez Bakı Dövlət Sirkinin yaxınlığında görürlər. Görəsən, bahalı avtomobillərin nömrə nişanı olmadan idarə edilməsinə nə vaxt icazə verilib. Yoxsa, nömrə vuranda maşının dizaynı korlanır? Bəs qanunlar nə deyir?
Emin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR































