Bakıda polislərin növbəti tələsi- Diqqətli olun+Video

Bakıda sürücü yol polisinin qanunsuz hərəkətlərini lentə alıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, lentə alınan görüntülərdə, Biləcəri enişi ilə Natavan küçəsinin kəsişməsində, 10 YP 684 dövlət nömrə nişanlı BMW markalı avtomobildə xidmət aparan polis əməkdaşları xanımın idarə etdiyi 90 CS 639 dövlət nömrə nişanlı “Hyundai Tucson” markalı avtomobili solda gələn nəqliyyat vasitələrinə yol vermədiyi üçün saxlayıb cərimələyiblər. Bunu görən sürücülərdən biri, DYP əməkdaşını öz avtomobilinə dəvət edib, onların bu hərəkətinin qeyri-qanuni olduğunu bildirib.
Sürücü qeyd edib ki, ərazidə bununla bağlı heç bir nişan yoxdur. Polis əməkdaşı sürücünün haqlı olduğunu bildirir və qeyd edir ki, ərazidə müvafiq nişan qurulub, lakin vətəndaşlardan biri həmin nişanı oğurlayıb.
Maraqlısı odur ki, polis sürücünün haqlı olduğunu bildirsə də, digər yol hərəkət iştirakçısına – “Hyundai Tucson” markalı avtomobilin sürücüsünə cərimə yazıb.
Həmin görüntüləri sizə də təqdim edirik:
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










