Bakıda polislərlə sürücü arasında qarşıdurma - cəza veriləcək - VİDEO

Bakıda polsilərlə sürücü və onun yaxınları arasında qarşıdurma yaşanıb. Avtosfer.az-ın məlumatına görə, qarşıdurma ilə bağlı videomaterial müsavat.com-a göndərilib. 3-cü mikrarayon dairəsində çəkilən bu videodan belə anlaşılır ki, sürücü ilə polislər arasında mübahisə yaşanıb. Bir müddət sonra bu mübahisə daha da böyüyüb. Nəticədə sürücünün yaxınları da işə qarışıblar və qarşıdurma baş verib. Polis əməkdaşları sürücünü çətinliklə də olsa, PPX avtomobilinə mindirib və bölməyə aparıblar.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov anspress-ə bildirib ki, faktla bağlı araşdırma aparılacaq və xoşagəlməz hadisəyə hüquqi qiymət veriləcək. "Əgər sürücü ilə polis əməkdaşları arasında qarşıdurma baş veribsə, bu o demək deyil ki, burada polis əməkdaşları tamamilə təqsirlidir. Əgər sürücünün heç bir təqsiri yoxdursa, polis əməkdaşı həmin şəxsi niyə saxlayıb? Polis əməkdaşına güc tətbiq etmək, ona tabe olmamaq qanun pozuntusudur. Qeyd edim ki, polis maşınlarında, şəhərin demək olar ki, hər yerində müşahidə kameraları, polislərin üzərlərində mikrafonlar var. Baş vermiş hadisə qanun çərçivəsində araşdırılacaq və buna hüquqi qiymət veriləcək", - deyə Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, hadisədə polis əməkdaşlarının təqsiri varsa, onlar da cəzalandırılacaq.
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir
Yaponiyanın üç iri avtomobil şirkəti birləşir?
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
"Nissan"ın bu modellərində problem yarandı: 600 mindən çox maşın geri çağırılır
PPF örtüyü avtomobil boyasını nə dərəcədə qoruyur? – VİDEO
Ölkəyə nə qədər elektrik və hibrid avtomobil idxal edilib? - DGK sədri açıqladı - VİDEO
“Maserati” milyardlıq elektromobil layihəsini dayandırdı
Gömrükdə nəqliyyat vasitələrinin yoxlanılması sinxron həyata keçiriləcək - YENİ QƏRAR
Kondisioner işləyərkən pəncərəni açmaq olarmı?
Kompüter mühəndisləri sürücüsüz avtomobilə minməyə qorxurlar - FOTO











