Bakıda “Porsche” ilə polisi əzən zəngin kimdi? - FOTOLAR

Bakıda naməlum zəngin dəyəri yüz minlərlə dollar olan elit idman avtomobilində avtoxuliqanlıq edib və DYP əməkdaşlarını əvvəl əzib, sonra döyüb. Avtosfer.az xəbər verir ki, virtualaz.org saytı az əvvəl yayılan bu xəbərlə bağlı kiçik araşdırma aparıb və maraqlı detallar əldə edib.
Məlum olub ki, avtoxuliqanlıq əməlində istifadə olunan, 90 XU 555 dövlət nömrə nişanlı “Porsche Panamera”nın fotoları sosial şəbəkələrdə var. Fotoların birində bu avtomobil dövlət nömrə nişanlarının sonluqları “555” rəqəmi ilə bitən “Lexus” və “Mercedes GL” markalı elit avtomobillərlə birlikdə toy karvanında görünür.
Digər fotodan isə məlum olur ki, 90 XU 555 nömrə nişanı yenə dəyəri yüz minlərlə dollar olan “Mercedes G63 AMG” avtomobilindədir.
Həmçinin 90 XU 555 nömrə nişanlı “Porsche”nin İnstagramda bir neçə fotosuna rast gəlmək mümkündür. Fotolar “Bakının 1 nömrə avtomobilləri” adı altında təqdim olunur.
Xatırladaq ki, Bakıda 10 YP 457 nömrəli avtomobillə xidmət aparan yol polisləri 90 XU 555 dövlət nömrə nişanlı “Porsche Panamera”ya “Saxla!” əmri veriblər. Lakin “Porsche Panamera”nın sürücüsü avtomobili saxlamaq əvəzinə ərazidən uzaqlaşmağa çalışıb. Bundan sonra Bakının mərkəzi küçələrində əsl “qaçdı-tutdu” oyunu başlayıb. Amma “oyun” pis hadisə ilə sona çatıb. Belə ki, sürücünü saxlamağa çalışan Mirzəli adlı yol polisi xidməti avtomobilindən düşərək “Porsche Panamera”nın qarşısına keçib. Bu zaman avtoxuliqan polisi vurub və onun ayağının üstündən keçib.
Bundan sonra köməyə çağırılmış 10 YP 317 və 10 YP 589 nömrəli yol polisi avtomobillərində xidmət aparan polislərin köməyi ilə “Porsche Panamera”nı saxlamaq mümkün olub. Saxlanılan sürücü avtomobildən düşərək polislərlə əlbəyaxa olub, onların birinin uniformasını tamamilə cırıb. Sürücü zərəsizləşdiriləndən sonra məlum olub ki, o, sərxoş imiş.
Aznews.az-ın araşdırmasına görə, “Porsche Panamera” avtomobili Məmmədov Saqif Kamil oğlunun adınadır. O, avtomobili etibarnamə ilə Həsənov Vüsal Nizami oğluna verib. Polislə “oynayan” şəxs də elə Vüsal Həsənov olub. Məsələ ilə bağlı əlavə məlumat əldə etmək üçün sayt DYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlayıb. Lakin V.Əsədov məzuniyyətdə olduğu üçün məsələdən xəbərsiz olduğunu və bu barədə açıqlama verə bilməyəcəyini deyib.
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var
2025-ci ilin ən böyük avtomobil istehsalçıları: "Toyota" liderdir
Çinin avtomobil sənayesi qlobal iqtisadiyyata təzyiq edir
Avtomobilin uzun müddət hərəkətsiz qalmasından yaranan problemlər
Çin avtomobilləri öz sahiblərini "girov götürür" - VİDEO













