Bakıda «protiv» gedən avtobus sürücüsünü belə cəzalandırdılar - VİDEO

Bakıda avtobus sürücülərinin qayda-qanuna sığmayan hərəkətləri o qədər artıb ki, artıq bu vəziyyət adiləşməyə doğru gedir. Deyəsən, elə aidiyyatı qurumların da istəyi budur ki, insanlar avtobus sürücülərini vəhşi, ipə-sapa yatmayan, qanunları tanımayan bir varlıq kimi qəbul edib bir söz deməsinlər. Yəni, vəziyyətlə barışmaq zorundayıq.
Bu kadrlara baxandan sonra əmin ola bilərik ki, bu sürücülərin düşüncəsini, təfəkkürünü dəyişmək çətin olacaq. Yolun əksinə çıxması bir yana, ona irad tutanlara da əl-qolla nəsə deyir və izah edir ki, «vaxtım azdı, gedib çatmalıyam».
Bu videodan belə nəticəyə gəlmək olar ki, avtobus sürücülərinin özbaşınalağının bir səbəbi də elə bu interval məsələsidir. Belədirsə, bu, çox biabırçı yanaşmadır. Sanki, xüsusi təyinatlı əsgəri meşənin ortasına buraxırsan və əmr verirsən ki, nəyin bahasına olursa olsun, vaxtında gəl qərargaha çat. O da qarşısına keçəni vurur, öldürür, əzir, yetər ki, əmri vaxtında yerinə yetirsin. Deyəsən, bizim avtobus sürücüləri də bu prinsiplə işləyir. Vurur, öldürür, əzib keçir, əsas odur ki, hansısa harınlamış iş adamının, məmurun tapşırığını yerinə yetirib intervala əməl etsin. Onsuz da qayda pozuntularına görə həmin məmur və ya iş adamı bu sürücüləri məsuliyyətdən azad edə bilirlər. Bunun necə baş verdiyini demək çətin məsələdir. Yoxsa, bax bu videoda qayda pozuntusuna görə sürücüyə ən azı 100 manat cərimə düşür. Sizcə, gündəlik 20-30 manat qazancı olan avtobus sürücüsü hər gün 300-400 manatlıq qayda pozuntusu törədərmi? O sürücü bilsə ki, həqiqətən də qayda pozsa, cəzalanacaq, o zaman əlbəttə ki, belə şey eləməz. Elədirsə, onlar kimə və nəyə güvənib bu əməlləri törədirlər? Hələlik, bizə məlum olan budur ki, bütün bu problemlərin kökündə bir «qara əl» dayanıb. O əli də tapıb ortaya çıxarmaq çətin məsələ deyil.
Elməddin
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var
Çin avtomobilləri ilə bağlı gizli problem üzə çıxdı: Ən böyük risk...










