Bakıda qaçırılmış 3 avtomobil tapıldı – BPİ məlumat yaydı

Bakıda naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılmış bir neçə avtomobil tapılıb. Avtosfer.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, ÇPA, Sabunçu RPİ 15-ci PB, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, müvafiq olaraq, sentyabrın 17-da gecə saatlarında Zabrat qəsəbəsində 1981-ci il təvəllüdlü Elxan Bağırova məxsus, qaçırılan VAZ-21011 markalı avtomobil Abşeron rayonu Məhəmmədi kəndində tapılıb. Bundan başqa sentyabrın 7-də saat 19:30 radələrində Zabrat qəsəbəsi Şəhər şossesindən Bakı şəhər sakini 1968-ci il təvəllüdlü Maqsud Yusifova məxsus VAZ-2107 markalı avtomobil sentyabrın 17-də Pirşağı qəsəbəsində, sentyabrın 4-də gecə saatlarında Cavadxan küçəsindən 1986-cı il təvəllüdlü Bəhrəm Qasımova məxsus qaçırılan VAZ-2104 markalı avtomobil isə Bakı Beynəlxalq Avtovağzalın qarşısında saz vəziyyətdə aşkar olunub.
Hər 3 avtomobil sahiblərinə təhvil verilib.
Emin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












