Bakıda qaydaları kütləvi şəkildə pozub yolu kəsdilər – VİDEO

Hər gün axşam saat 21.00 radələrində Bakının mərkəzi küçələrindən biri olan İstiqlaliyyət küçəsində sıxlıq yaranır. Bu zaman ərazidə yol polisi gözə dəymir. Avtosfer.az-ın təqdim etdiyi videodan da göründüyü kimi, «İçərişəhər» metrostansiyasının qarşısından başlayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin qarşısınadək avtomobilləri yolun sağ tərəfində iki cərgədə park edərək yolu kəsirlər. Bu maşınlar ADİU-dan çıxan tələbələri gözləyirlər. Noyabrın 19-da da eyni vaxtda, eyni ərazidə tıxac yaranıb. Nəticədə yanğınsöndürən maşın da bir neçə dəqiqə tıxacda qalıb. Bəzi sürücülər məcbur qalaraq qarşı hərəkət zolağına çıxmalı olublar.
Ərazidə yol polisinin olmaması vəziyyəti daha da pisləşdirib. Təxminən bir saat ərzində bu ərazidə sıxlıq müşahidə olunub, yolda hərəkət çətinləşib. Bu isə digər sürücülərin haqlı narazılığına səbəb olub.
Elmin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












