Bakıda qəribə olay – Sərxoş sürücü polis maşınına minib qaçdı - FOTO

Bu gün saytımızda “Sabunçuda polis maşını oğurlanaraq ağaca çırpılıb” başlıqlı yazı dərc etmişdik. Yazıda bildirilirdi ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb və polisin xidməti maşını ağaca çırpılıb. Eyni halda sosial şəbəkələrdə yayılan məlumatda o da qeyd edilirdi ki, avtomobil naməlum şəxslər tərəfindən oğurlanıb qaçırılarkən qəza baş verib. Yayılan məlumata aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. İslaminsesi-nə açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirdi ki, baş vermiş olay sosial şəbəkələrdə təhrif edilib. DİN rəsmisi məsələyə aydınlıq gətirərək onu da əlavə etdi ki, yol polis xidmətinin əməkdaşları gecə saatlarında qaydanı pozan avtomobili saxlayıblar. İlkin araşdırma nəticəsində avtomobildə olan sürücü və sərnişinin sərxoş olduğu müəyyən edilib: “Yol patrul xidmətinin əməkdaşları sürücünü sərxoşluq müayinəsi üçün tibbi müayinəyə aparmaq istəyiblər. Bu zaman polis əməkdaşlarına müqavimət göstərilib. Ərazidən keçən Post Patrul Xidmətinin əməkdaşları məsələyə müdaxilə etmək üçün hadisə yerinə gəliblər. Bu zaman isə sürücünün yanında olan digər sərxoş şəxs patrul xidmətinin avtomobilinə minərək qaçmaq istəyib. Lakin hadisə yerindən 50 metr uzaqlaşmamış avtomobili ağaca çırparaq qəza törədib.”
Ehsan Zahidov bildirdi ki, sürücü və sərnişin artıq saxlanılıb və fakt üzrə araşdırmalar aparılır. Qanunu pozan hər iki şəxs barəsində müvafiq tədbirlər görüləcək.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR













