Bakıda qeyri-adi avtomobilləri görmək üçün BULVARA GEDİN! - FOTO

Bu gündən Bakıda “Classics & Supercars” festivalı başlayıb.
Avtosfer.az xəbər verir ki, iki gün davam edəcək festival Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində keçirilir.
İki gün ərzində Bakı bulvarında avtomobillər klassik avtomobillər, “Supercar”lar və idman avtomobilləri nümayiş olunacaq.
Sərgidə Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri var.
Festivalda sərgilənən klassik avtomobillər 1986-cı ilədək istehsal olunan nəqliyyat vasitələridir. Klassik avtomobillər avtomobil sənayesinin tarixini və inkişaf mərhələlərini özündə əks etdirən nadir nəqliyyat vasitələridir. Onlar özünəməxsus dizaynı və dövrünün mühəndislik nailiyyətləri ilə seçilirlər. Bu avtomobillər kolleksiyaçılar və avtomobil həvəskarları tərəfindən böyük maraqla qorunur, bərpa edilir və nümayiş olunur. Hər bir klassik avtomobil öz dövrünün tarixini yaşadır.
Festivalda retro avtomobillərlə yanaşı güclü mühərrik və müasir texnologiyalarla seçilən müxtəlif növ idman avtomobilləri və “Supercar”lar da təqdim edilir.
Beləliklə, festivala gələn ziyarətçilər istər yüksək sürəti və innovativ texnologiyaları ilə seçilən müasir avtomobillər, istərsə də öz tarixi və zərifliyi ilə dəyər qazanan retro nəqliyyat vasitələri ilə bir məkanda tanış olmaq imkanı qazanıb. Avtomobil sənayesinin inkişafını və müxtəlif dövrlərin ruhunu əks etdirən həmin avtomobillərin hər biri özünəməxsus xüsusiyyətləri ilə ziyarətçilərdə maraq yaradıb.
Səhər saat 11-də başlayan sərgi iyunun 6-da axşam saat 18.00-dək, iyunun 7-də isə saat 16.00-dək davam edəcək.


















“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










