Bakıda sürücülər niyə cərimələnir? - YPX reyd keçirdi - VİDEO

Oktyabrın 31-i bütün avtomobillər üçün texniki baxış müddəti bitsədə, hələ də avtomobili texniki baxışa təqdim etməyənlər var. Avtosfer.az atv-yə istinadən xəbər verir ki, buna görə də yol polisi reydlərə start verib. Reyddə məlum olub ki, belə avtomobillərin sayı kifayət qədərdir. Bakı şəhər Dövlət Yol Polisi idarəsinin Yasamal və Qaradağ rayonlarında aparılan reydlərində bəzi sürücülər cərimələnib. Yol Patrul Xidmətinin əməkdaşları deyir ki, bundan nəticə çıxarmayanları da cərimə gözləyir. Hər dəfə olduğu kimi bu dəfə də qanunu pozan sürücülər müxtəlif bəhanələr gətirirlər. Bəzi sürücülər isə ümumiyyətlə avtomobili nə vaxt texniki baxışa təqdim oldunacağını belə bilmir. Xatırladaq ki, VAZ” , “Qaz”, “Moskviç”, “ZAZ”, “UAZ” və digər MDB istehsalı olan minik avtomobilləri yanvarın 1-dən mayın 1-ə qədər, xarici dövlətlərdə istehsal olunan minik avtomobilləri mayın 1-dən avqustun 1-ə qədər, yük avtomobilləri və avtobuslar isə sentyabrın 1-dən oktyabrın 31-ə qədər texniki baxışa təqdim olunmalıdır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












