Bakıda ucuz qiymətə avtomobil satıldı

Əmlak Məsələləri Dövlət Komitəsi(ƏMDK) iyulun 14-də keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.
Avtosfer.az komitəyə istinadən xəbər verir ki, keçilmiş hərracda 9 ədəd avtomobil satılıb.
Komitə bildirib ki, 2003-cü il istehsalı olan 2 ədəd Nissan Maxima 3389 və 3120 manata satılıb.
Bundan əlavə, 3 ədəd 2006-cı il istehsalı olan Nissan Sunny 2978 manata, 2007-ci il istehsalı olan VAZ-21214 1497 manata, 2007-ci il istehsalı olan Chery Eastar 2458 manata alınıb.
ƏMDK-nın məlumatına görə, 1997-ci il istehsalı olan Topaş Qartal 1800 manata, 2002-ci il istehsalı olan UAZ-31516 1535 manata satılıb.
Qeyd edək ki, hərraca 17 avtomobil çıxarılmışdı, onlardan cəmi 9-u satılıb.
Məlumat üçün bildirək ki, Bakının avtomobil bazarında 2003-cü il istehsalı olan Nissan Maximanın qiyməti 9200 dollar və ya 9659 manata, 2006-ci il istehsalı olan Nissan Sunny-nin qiyməti 7100 dollara və ya 7454 manatadır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












