Bakıda xeyli sürücüyə 40 manat əvəzinə 60 manat yazıblar - DİQQƏT - VİDEO

Avtosfer.az saytı bir neçə gün əvvəl Bakı-Sumqayıt yolunun Beynəlxalq Avtovağzala yaxın hissəsində sürücülərə düz xəttin tələbini pozmağa görə 60 manat, 3 bal cərimə yazması barədə məsələ qaldırmışdı. Bildirmişdik ki, həmin ərazidə əslində, sürücülərə yalnız 40 manat cərimə yazıla bilər. Problemin başqa bir tərəfi isə odur ki, burada Şamaxıdan gələn maşınlarla Sumqayıtdan gələn maşınların eyni yola qovuşduğu yerdən Avtovağzala ayrılan yerə qədər 1300 metr məsafədə düz xətti keçmək üçün yalnız bir yerdə sağa və sola manevr etmək üçün qırıq-qırıq xətt qoyulub. Həmin yerdən manevr edə bilmədikdə məcbur olub yolun Avtovağzala ayrılan hissəsində «20 Yanvar»a gedən yola çıxmalısan ki, bu zaman kamera çəkir və cərimə yazılır. Digər variant isə odur ki, Avtovağzala düşüb oradan «20 Yanvar» yoluna çıxmalısan. Bu, məsələnin ən qəliz tərəfidir. Sürücülərə yazılan 60 manatlıq cərimə isə qanuna ziddidir. Artıq yol polis idə bunu etiraf edib…
Rövşən Talıbzadə qayda pozuntusu ilə bağlı haqqında tərtib edilmiş elektron protokolla razılaşmır. Bakı-Sumqayıt yolunda bütöv xətti kəsərək keçdiyinə görə ona 60 manat cərimə ilə yanaşı 3 bal da yazılıb.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə sürücü barəsində tərtib edilmiş elektron protokolda yanlışlıqlar var. İlk səhv cərimənin miqdarı ilə bağlıdır.
Elektron protokoldakı digər səhv sürücünün təqsirkar bilindiyi maddə ilə bağlıdır. Protokolda qeyd edilib ki, sürücü yol hərəkəti haqqında qanunun 61-ci maddəsini pozub.Bizə gələn müraciətlərdən aydın olur ki, Bakı-Sumqayıt yolunda, daha dəqiq desək Avtovağzalın yaxınlığında bütöv xəttin tələbini pozduğuna görə sürücülərə tərtib edilmiş elektron protokollara əsasən 60 manat cərimələnir. Ekspertlər deyirlər ki, sürücülər belə olan halda mütləq baş dövlət yol polisi idarəsinə müraciət etməlidirlər
Baş Dövlət yol polisi idarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev faktı təsdiq edib. Onun sözlərinə görə həmin ərazidə sürücülərə bütöv xəttin tələbinin pozulmasına görə səhvən 60 manat cəriməni nəzərdə tutan protokol tərtib edilir. Kamran Əliyev deyib ki, bu texniki səhvdir və həmin sürücülər bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidirlər. Bundan sonra onların protokollarına müvafiq düzəlişlər ediləcək. Sürücülər isə əvvəl qayda pozmamağa çalışmalı, pozsalar da protokolu diqqətli nəzərdən keçirməlidir.
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










