Bakıda yaşayıb rayon qeydiyyatlı maşın sürənlərə - Bəd xəbər - VİDEO

Elə şəxslər var ki, onların özləri Bakı şəhərində, avtomobilləri isə digər bölgələrdə qeydiyyatdadır. Rayon qeydiyyatında olan maşınların şəhərə girişinə tətbiq edilən məhdudiyyətlər belə şəxslərə də aiddir. Belə sürücülər də şəhərdən çıxdıqları təqdirdə yalnız axşam saat 21-dən səhər saat 7-ə qədər şəhərə daxil ola bilərlər. Bəs Bakı şəhərində qeydiyyatı olan sürücülər üçün çıxış yolu nə olar bilər ?
Baş Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, paytaxta girişdə tətbiq edilən qadağalar ilkin mərhələdə olduğundan vətəndaşların yox, avtomobillərin harda qeydiyyatda olması əsas götürülür. Belə şəxslərin paytaxta girişdə çətinliklərlə üzləşməməsi üçün idarə tərəfindən Bakıda qeydiyyatda olan şəxslərə avtomobillərini də burda qeydiyyata salmaq tövsiyə edilib.
Avtomobillərin təkrar qeydiyyatı isə mürəkkəb proses deyil. Sürücü avtomobili ilə Baş Dövlət Yol Polisi İarəsinin qeydiyyat-imtahan-texniki baxış şöbəsinə getməlidir. Təkrar qeydiyyat zamanı sürücülərlə bağlı məlumatlar mütləq sistemə daxil edilməlidir. Əks halda avtomobil qeydiyyata alınmır.
Sürücülər texniki müayinə üçün 20, yeni şəhadətnamə üçün 17, yeni dövlət nömrə nişanı üçün 22 və avtomobilin qeydiyyatı üçün isə 10 manat olmaqla ümumilikdə 69 manat dövlət rüsumu ödəməlidirlər.
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










