Bakıda yol hərəkətində dəyişikliklər gözlənilir

Bakının nəqliyyat sisteminin idarə olunması qaydalarında baş verəcək mühüm dəyişikliklər qısa bir zamanda paytaxt sakinləri tərəfindən hiss olunacaq. Avtosfer.az xəbər verir ki, bunu Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı "Bakının nəqliyyat problemlərinin həllində 2015-ci ildə bu sahədə qəbul edilmiş yeni qərarların rolu və onların 2016-cı ildə həyata keçirilmə perspektivləri" mövzusunda keçirilən mətbuat konfransında deyib. Şəfa Mehmanqızı 2015-ci ildə görülən işlər barədə məlumat verib, ötən ilin nəqliyyat sahəsində uğurlu il olduğunu və bu sahədə müsbət dəyişikliklər baş verdiyini vurğulayıb. Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin yaradılmasının və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin bu qurumun tabeliyinə verilməsinin Bakı nəqliyyatının işinə müsbət təsir edəcəyini deyib. NİİM tərəfindən bir sıra təkliflər hazırlandığını söyləyən Ş.Mehmanqızı təkliflərin artıq müvafiq qurumlara göndərildiyini bildirib. Yolların ehtiyac olan hissələrində işıqforların quraşdırılması, yerüstü piyada keçidlərinin salınması, mövcud avtomobil sıxlığının aradan qaldırılması üçün davamlı addımlar atılacaq, bununla bağlı təkliflər hazırlanıb müvafiq qurumlara təqdim ediləcək.
NİİM rəsmisi Bakı qəsəbələrinə avtobusların hərəkətinin tam təmini istiqamətində bu il bir sıra addımların atılacağı barədə məlumat verib, bu addımların Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti ilə daha da sürətlənəcəyini diqqətə çatdırıb.
"Həyat" Beynəlxalq humanitar təşkilatının sədri Azər Allahverənov isə ötən il görülən işlərin müsbət nəticələrini təhlil edərək nəqliyyat sahəsində digər problemlərin həllində Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin rolunun vacibliyini vurğulayıb. Onun fikrincə bu sahə ilə məşğul olan qurumlar piyadaların və sürücülərin nəqliyyatdan və yoldan istifadə qaydalarına dair maarifləndirici tədbirlər və layihələr həyata keçirməlidir.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










