Bakıda yol polisinə odlu silah verildi - FOTO

Yol polisi xidmətə çıxarkən üstündə odlu silah gəzdirir. Avtosfer.az xəbər verir ki, bu barədə baku.ws-ə oxucular məlumat veriblər. Onlar xidmətdə olarkən yol polisinin tapança ilə şəklini çəkərək redaksiyaya göndəriblər. Oxucuları maraqlandırır ki, yol polisi xidmətə çıxarkən odlu silahdan istifadə edəcəkmi? Suala cavab tapmaq üçün Baş Dövltə Yol Polisi İdarəsilə əalqə saxladıq. Qurumdan bildirdilər ki, hər bir hüquq-mühafizə orqanı əməkdaşı kimi yol polisi də odlu silahdan istifadə edə və gəzdirə bilər. "Hər bir yol polisinin adına odlu silah qeydiyyatda olur. Yol polisi də xidmətə çıxan zaman odlu silah götürə bilər. Müvafiq ərazilərə çıxarkən yol polisinə odlu silah verilir”, - deyə qurumdan bildirilidi. Həmçinin əlavə edildi ki, odlu silahla yanaşı yol polislərinə elektroşok da gəzdirməyə icazə var. Əgər lazım gələrsə yol polisi hansısa cinayətkarı zərərsizləşdirmək üçün elektroşokdan istifadə edə bilər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












