Bakıda yol polisinə «protiv» gedən «avtoş»dan - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gecə paytaxtda reyd keçiriblər. Reyd zamanı xeyli sərxoş və avtoxuliqanlıq edən sürücü aşkar edilib.
Avtoxuliqanlıq edib qaçan sürücünü yol polisi təqib edir. Qarşıdakı yol polisinə də məlumat verilib ki, ''VAZ-2107'' markalı avtomobil saxlanılsın. Amma bütün cəhdlərə baxmayaraq sürücü qaçmağa səy göstərir.
Təqib zamanı «Təhlükəsiz şəhər» kameraları ilə də nəzarət edilir ki, sürücü qaçıb aradan çıxa bilməsin. Çox çəkmir ki, həmin sürücü süni tıxac yolu ilə saxlanılır.
Görüntülər gecə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşlarının keçirdiyi reyddəndir.
Reyd zamanı Yasamal rayonu ərazisində yol hərəkətinin əks istiqamətində avtomobili idarə edən sürücü əvvəlcə yol polisindən qaçıb. Daha sonra o, saxlanılsa da polisə heç bir sənəd təqdim etməyib.
Avtomobilə əlavə avadanlıq quraşdıran sürücülər də yol polisindən yayına bilməyiblər. Bu sürücü avtomobilin səsboğucu hissəsinə daha yüksək səs çıxaran avadanlıq quraşdırmaqla qaydaları pozub.
Gecə boyu keçirilən reyddə işıqforun qırmızı işığında keçib ağır qəza törədən sürücülər də aşkar edilib.
Bundan başqa, avtomobilə konstruksiya dəyişikliyi və cərimələrini ödəməyən xeyli sayda sürücünün də avtomobili cərimə meydançasına aparılıb.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı













