Bakıdakı maşın bazarında durğunluq yaşanır - Səbəb nədir? - VİDEO

Bir zamanlar həftəsonu avtomobil əlindən tərpənmək mümkün olmayan Bakıdakı maşın bazarında durğunluq yaşanır. Satışla məşğul olanlar bir ağızdan deyirlər ki, 2-3 həftədir işləri getmir. İnsanların Çin avtomobillərinə olan marağı maşın bazarına ciddi təsir edib. Təsadüfi deyil ki, bu il Çin istehsalı avtomobillər dünyanın bütün nəhəng brendlərini satış həcminə görə geridə qoyub.
Bəs Çin avtomobillərinə marağı artıran səbəblər nələrdir?
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov mövzu ilə bağlı Baku TV-yə açıqlama verib.
"Çin avtomobilləri üç səbəbdən avtomobil bazarında öz yerini tuta bilib. Birincisi, qiymətinin rəqabətədavamlı olması, ikincisi, sözügedən avtomobillərdə texnoloji yeniliklərdən istifadə edilməsi, üçüncüsü isə, reklam kampaniyaları üçün çox pul xərclənməsidir", - deyə ekspert bildirib. Qeyd edək ki, Azərbaycan Çinin avtomobil bazarına böyük maraq göstərən ölkələrdən biridir. Təkcə bu ilin 8 ayı ərzində Çindən Azərbaycana 733 milyon dollar dəyərində 37 mindən çox avtomobil idxal olunub.
Daha ətraflı videomaterialda:
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












